poslat odkaz na aplikaci

100 sesli hekaye


4.4 ( 9984 ratings )
Vzdělávání Knihy
Vývojář: Elnur Alızadə
Zdarma

“100 səsli hekayə“ layihəsi Təhsil Nazirliyi tərəfindən 28.09.2017-ci il tarixində elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibi olaraq, Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Layihənin əsas məqsədi informasiya texnologiyalarının imkanlarından faydalanaraq şagirdlərin sinifdənxaric oxu imkanlarını yaxşılaşdırmaqla, onların dünya görüşünün artırılması, dinləyib anlama bacarıqlarının təkmilləşdirilməsi, məntiqi və tənqidi təfəkkürünün, həçminin intellektual və emosional zəkasının, eststik zövqünün inkişaf etdirilməsi ilə şagirdlərdə şəxsiyyətyönümlü düşüncə, davranış və xarakterin formalaşmasını təmin etməkdir.

Səsli hekayələrin müxtəlif vəziyyətlərdə (səyahət edərkən, idman edərkən, iş görərkən, istirahət edərkən və s.) asanlıqla dinlənilməsi, görmə məhdudiyyətli insanlar üçün rahat şəkildə “oxunması”, hekayələrin saxlanılması, çoxaldılması və daşınması, ən əsası isə kağız hazırlanması üçün ağac kəsilməsinin qarşısının alınması kimi üstünlükləri var.